"Azərbaycanda uğur qazanan yeganə rumın məşqçi mənəm"

"Azərbaycanda uğur qazanan yeganə rumın məşqçi mənəm"

“Laurentsiu Regekampf və Adrian Mutu çox yaxşı məşqçilərdir”.

Mediasport.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik Adrian Mutunun “Neftçi”nin baş məşqçi postunu tərk etməsi bağlı danışarkən deyib.

Rumıniyalı mütəxəssis “ağ-qaralar”ın məşqçi seçimində səhvə yol verdiyini bildirib: “Mutu Azərbaycan futboluna uyğunlaşa bilmədi. Buna görə də nəticə qazanmaq çətin oldu. Maraqlıdır, Regekampfla nəticə əldə edilmədisə, niyə digər rumıniyalı ilə müqavilə imzalandı? Bilirsiniz ki, Azərbaycanda uğur qazanan yeganə rumıniyalı baş məşqçi mənəm (gülür).

M.Rednik Azərbaycanda yalnız bir komandanın oyununu izlədiyini söyləyib: “Böyük nəticələr qazanan “Qarabağ”ın matçlarına baxıram. Bu komandanın Qurban Qurbanov kimi çox yaxşı baş məşqçisi var”.

Qeyd edək ki, M.Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək “Xəzər Lənkəran”a başçılıq edib.