Məşhur azərbaycanlı "Latsio" ilə müqavilə ərəfəsində ağır avtomobil qəzasına düşüb - UĞURSUZ TALE...

 Məşhur azərbaycanlı "Latsio" ilə müqavilə ərəfəsində ağır avtomobil qəzasına düşüb - UĞURSUZ TALE...

AVRO-2004-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Finlandiya və Serbiya və Monteneqro yığmalarına qarşı oyunlarını izləyənlər arasında italiyalı skautlar da olub.

Mediasport.az sportal.az saytına istinadən xəbər verir ki, həmin matçlarda yaxşı təsir bağışlayan millimizin hücumçusu Fərrux İsmayılov seleksiyaçıların diqqətini çəkib. 

2003-cü ildə italiyalı skautlar onu "Latsio"ya təklif ediblər. Məşhur klub futbolçumuza maraq göstərib. AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevlə aparılan danışıqlar müsbət nəticələnib. Razılaşmaya əsasən, 2003-cü il oktyabrın 10-da İtaliyaya qarşı səfər matçından sonra Fərrux İsmayılov tibbi müayinədən keçərək "Latsio" ilə rəsmi müqavilə bağlamalı idi. 

Lakin Fərrux İsmayılov həmin vaxt nə İtaliya ilə oyuna yollana bilir, nə də "Latsio" ilə müqavilə bağlayır.

O ərəfədə futbolçumuz ağır yol qəzasına düşür, yanındakı dostu dünyasını dəyişir. Bununla da azərbaycanlı futbolçunun "Latsio"ya transferi baş tutmur...

Bu faktı futbolçu özü də təsdiqləyib.