"Neftçi"nin bütün oyunlarını rusiyalı hakimlər idarə edəcəklər

"Neftçi"nin bütün oyunlarını rusiyalı hakimlər idarə edəcəklər

"Neftçi"nin Rusiyada təşkil olunacaq “PARI Premyer” turnirində keçirəcəyi bütün oyunların hakimləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, "ağ-qaralar"ın bütün görüşlərində ədaləti rusiyalı referilər qoruyacaqlar.


1 iyul

20:30. "Neftçi" - "Zenit" (Rusiya)

Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov

VAR hakimi: Sergey Tsıqanok


8 iyul

20:30. "Neftçi" - "Srvena Zvezda" (Serbiya)

Hakimlər: Artyom Lyubimov, Rəşid Abusuyev, Dmitri Ermakov

Var hakimi: Nikolay Voloşin


12 iyul

15:00. "Neftçi" - "Fənərbağça" (Türkiyə)

Hakimlər: Yevgeni Kukulyak, Dmitri Mosyakin, Maksim Kovalyov

VAR hakimi: Yevgeni Bulanov