"Qarabağ" Sloveniya səfərindən inamlı qələbə ilə qayıdır - VİDEO

"Qarabağ" Sloveniya səfərindən inamlı qələbə ilə qayıdır - VİDEO

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk görüşü çərçivəsində Sloveniyada "Olimpiya"nın qonağı olub.

mediasport.az xəbər verir ki, Ağdam klubu ilk hissədə vurduğu 2 cavabsız qolla səfərdə inamlı qələbə qazanıb.

Komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda keçiriləcək.


UEFA Avropa Liqası. Pley-off mərhələsi. İlk oyun

"Olimpiya" (Sloveniya) - "Qarabağ" (AZƏRBAYCAN) 0:2

Qollar: Kevin Medina, 33, Leandro Andrade, 44.

Baş hakim: Giorgi Kabakov (Bolqarıstan)

“Olimpiya”: 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik, 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas.

Baş məşqçi: Joao Enrike.

"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.