Qarabağ"dan ŞOK XƏBƏR: Əsas futbolçusunun qolu qırılıb - FOTO
"Qarabağ" şok itki ilə üzləşib.
Mediasport.az xəbər verir ki, Ağdam klubunun aparıcı futbolçusu Marko Yankoviçin qolu qırılıb.
Monteneqrolu yarımmüdafiəçi sol qolundan ciddi xəsarəti məşqdə alıb.
Onun UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə ilk matça qədər hazır olacağı sual altındadır.
Qeyd edək ki, "köhlən atlar"ın Portuqaliya təmsilçisi ilk dueli fevralın 15-də səfərdə olacaq.
QEYD: Xəbəri Pressing.az saytı yayıb.