"Şamaxı" onu yola saldı
"Şamaxı" klubu futbolçusu Pərviz Azadovla yollarını ayırıb.
mediasport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Azadov 2019-cu ildən "Şamaxı"nın əsas komandasında çıxış edirdi. O, keçmiş baş məşqçi Tərlan Əhmədovun güvəndiyi və potensiallı futbolçulardan sayılırdı.