"Olimpiya"nın "Bakı planı" açıqlandı

"Olimpiya"nın "Bakı planı" açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq Sloveniyanın “Olimpiya” klubunun Bakıya səfər proqramı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Lyublyana təmsilçisi bu gecə yola düşəcək.

Komandanı Bakıya gətirəcək təyyarənin saat 05:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Sloveniya çempionu “Fairmont” oteldə məskunlaşacaq.

Komandanı matçda dəstəkləmək üçün təxminən 15 azarkeşin gəlməsi gözlənilir.

Qeyd edək ki, avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. “Qarabağ” səfərdə reallaşan ilk matçda 2:0 hesablı qələbə qazanıb.