"Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir" - Qurban Qurbanov hazırlığı dəyərləndirdi

"Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir" - Qurban Qurbanov hazırlığı dəyərləndirdi

“Hazırlığın vacib olan ikinci mərhələsindəyik. Mövsümün hazırlıq prosesini yoxlama oyunları ilə tamamlamaq istəyirik".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis komandanın Avstriya toplanışı barədə fikirləini bölüşüb:

"Toplanışın qarşıdakı bir həftəsi bizim üçün çox vacibdir. Bu müddətdə futbolçuların idman formalarını tam geri qaytarmalı və bəzi texniki səhvləri aradan qaldırmalıyıq. Bütün komanda üzvləri çox həvəslə, istəklə hazırlıq keçir. Avstriya toplanışında olduğumuz müddətdə onların hər birindən razıyam”.

O, dünən baş tutan yoxlama matçları barədə bunları deyib:

“Hər iki oyundan da, futbolçulardan da razı qaldım. Avstriyadakı ilk oyun günü yaxşı alındı. Bütün futbolçularımızın 90 dəqiqə meydanda olması çox vacib idi. İki yaxşı rəqiblə qarşılaşdıq. Hava şəraiti çox isti olsa da, oyunlar dinamik keçdi. Düzdür, günün ilk matçında məğlub olduq. Amma bu görüşdə qolları fərdi səhvlərdən buraxdıq”.

Xatırladaq ki, yay hazırlığının ikinci mərhələsini Tirolda keçən Ağdam klubu yoxlama görüşləri çərçivəsində “Kayzerslautern” məğlub olub (1:3), “Viktoriya”ya qalib gəlib (2:1).