Azərbaycan 6 medalla lider oldu

Azərbaycan 6 medalla lider oldu

Taekvondo milli komandamız Tiranada keçirilən açıq Albaniya çempionatında uğurlu nəticə göstərib. MediaSport.az xəbər verir ki, idmançılarımız 2 gün davam edən G2 kateqoriyalı yarışda 6 medal qazanıblar.

Qaşım Maqomedov (58 kq), Taleh Süleymanova (80 kq) və Patimat Abakarova (49 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Finalda məğlub olan Minayə Əkbərova (46 kq) ikinci, Həmidrza Sədri (58 kq)  ilə Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətləniblər.

Ümumi nəticədə Azərbaycan millisi kişi taekvondoçuların medal siyahısında komanda hesabında birinci, qadınlarda isə üçüncü yeri tutub. Beynəlxalq dərəcəli hakim Ramal Camalov çempionatın ən yaxşı hakimlərindən seçilib.