Elmar Baxşıyevi əvəz edə biləcək iki məşqçinin kimliyi məlumdur

Elmar Baxşıyevi əvəz edə biləcək iki məşqçinin kimliyi məlumdur

"Qəbələ"nin baş məşqçisi olmağa namizədlərdən ikisi müəyyənləşib.

Mediasport.az saytına verilən məlumata görə, Elmar Baxşıyevi əvəz edə biləcək mütəxəssislər Tərlan Əhmədov və Qəbələ klubunun əvəzedicilərinin baş məşqçisi Famil Xəlilovdur.

Klub rəhbərliyi hər iki məşqçinin təyinatını müzakirə edir.

Qeyd edək ki, şimal klubu bu gün Elmar Baxşıyevlə yolları ayırıb.

44 yaşlı mütəxəssis 2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulundan baş məşqçisi, 2018-ci ildən isə əsas komandanın baş məşqçisi idi.

Komanda onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub.

Elmar Baxşıyev komandaya 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunu qazandırıb.