Yığmaya baş məşqçi seçmək üçün AFFA-da işçi qrupu yaradılacaq
AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
Mediasport.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müddəti sona çatan müqavilə artırılmasın.
2. Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu yaradılsın.