"Qarabağ" qrup mərhələsinə əzmkar qələbə ilə başlayıb

"Qarabağ" qrup mərhələsinə əzmkar qələbə ilə başlayıb

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin 2023/2024-cü illər mövsümündə ilk oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, ardıcıl 10-cu dəfə avrokubokların qruplarına vəsiqə qazanan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Norveçin "Molde" klubu ilə qarşılaşıb.

Ağdam təmsilçisinin yer aldığı H qrupunun digər görüşü Leverkuzendə Almaniyanın "Bayer" və İsveçin "Hekken" kollektivləri arasında baş tutub.


UEFA Avropa Liqası. Qrup mərhələsi. 1-ci tur

 "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) 1:0

Qol: Leandro Andrade, 55.

Baş hakim: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Metyu Makdermid (Hamısı Şotlandiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.