Sofian Çaklanı transfer edən "Sabah" bu dəfə Niderlanddan gətirdi - RƏSMİ

Sofian Çaklanı transfer edən "Sabah" bu dəfə Niderlanddan gətirdi - RƏSMİ

Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sabah” növbəti transferini rəsmiləşdirib.

MediaSport.az xəbər verir ki, Masazır təmsilçisi 23 yaşlı vinger Jarl Marqarita ilə müqavilə bağlayıb.

Gənc futbolçu ilə anlaşmanın müddəti 2027-ci ilin iyun ayına kimidir.

Niderlandın “TOP Oss” klubundan transfer edilən Jarl karyerası ərzində bu ölkənin “Qroningen”, GVAV, “Emmen”, “Almere Siti” və “Hoogeveen” klublarında forma geyinib.

Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.

Vinger ötən mövsüm 28 oyunda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

"Sabah" bir neçə gün əvvəl "Ponferradina"dan mərakeşli Sofian Çaklanı da rənglərinə bağlayıb.