Rəşad Sadıqov daha bir futbolçunu "Zirə"dən yola saldı - RƏSMİ

Rəşad Sadıqov daha bir futbolçunu "Zirə"dən yola saldı - RƏSMİ

UEFA Avropa Liqasına hazırlaşan "Zirə" daha bir futbolçu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Rəhim Sadıxovla başa çatan müqaviləni yeniləməyib.

Bununla da "qartallar"dan ayrılan futbolçuların sayı 5-ə çatıb.

Komanda daha əvvəl Vladislav Kulaç, İlkin Muradov, Sezar Meza Kolli və Dmitrios Çanbtakiasla vidalaşıb.