"Azərbaycan millisinin Avropa çempionatında iştirakı çətin görünür"
FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Türkiyə Futbol Federasiyasının (TFF) Hesabat Seçki Konfransında iştirak edib.
MediaSport.az xəbər verir ki, Türkiyə yığmasının AÇ-2024 şanslarından danışan AFFA-nın keçmiş icraçı vitse-prezidenti bu yaxınlarda UEFA Çempionlar Liqasının finalı çərçivəsində İstanbulda keçirilmiş "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) (1:0) matçının yüksək səviyyədə təşkil olunduğunu bildirib.
- Təbii ki, Azərbaycan millisinin Avropa çempionatında iştirakı çətin görünür, amma Türkiyə yığmasının Almaniyaya gedəcəyinə inanıram. Seçmə mərhəldə Latviya və Uels üzərində qalibiyyətə görə təbrik edirəm. O ki qaldı ÇL-in İstanbul finalına, burada futbol bayramı yaşandı. Türkiyə finallara ev sahibliyi edə bilməyi ən gözəl formada göstərmiş oldu.