Azərbaycanlı hakimlər Türkiyədə kursda iştirak edirlər

Azərbaycanlı hakimlər Türkiyədə kursda iştirak edirlər

AFFA Hakimlər Komitəsinin üzvü Ömər Paşayev və hakim-inspektor Rəhim Həsənov Türkiyənin İstanbul şəhərində təşkil edilən “Hakem Eğitimcisi Kursu”nda iştirak edirlər.

Mediasport.az xəbər verir ki, tədbir Türkiyə Futbol Federasiyasının Hakimlər Akademiyası tərəfindən keçirilir.

Sabiq referilərin qatıldıqları “Hakem Eğitimcisi Kursu”na yanvarın 13-də yekun vurulacaq.