Sabiq "Neftçi"li qəfil vəfat etdi

Sabiq "Neftçi"li qəfil vəfat etdi

1987-ci ildə SSRİ Güclülər Dəstəsində "Neftçi"nin heyətində 1 oyun keçirmiş qapıçı Yuri Pereskokov dünyasını dəyişib.

MediaSport.az xəbər verir ki, 60 yaşlı rusiyalı veteran qolkiperin ölüm səbəbi açıqlanmayıb.

Xəstəliyi olmayan mütəxəssis qəfil vəfat edib.

Pereskokov son olaraq 2021-ci ildə ölkəsində "Arsenal" (Tula) klubunda qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb.